Şamaxıda kənd təsərrüfatı məhsulları istehsalı 20 faiz artıb

 Yola saldığımız 2018-ci ildə Şamaxı rayonunda kənd təsərrüfatı məhsulları istehsalı əvvəlki ilə nisbətən 11 milyon 682 min manat və ya 20,2 faiz artıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən il 69 milyon 455 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Bunun 40 milyon 41 min manatı bitkiçilik, 29 milyon 414 min manatı isə heyvandarlıq məhsullarıdır.
Göründüyü kimi, məhsul istehsalı ən çox bitkiçilikdədir. Bu, həm də əkinçiliyə əvvəlki ilə nisbətən 17 min 948 hektar əlavə torpaq sahəsinin ayrılması ilə əlaqədardır. Nəticədə ötən il rayonda 2017-ci ildəkindən 43 min 637 ton çox olmaqla, 87 min 165 ton dənli və dənli paxlalılar istehsal olunub.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}