Ədliyyə Nazirliyinin Probasiya xidməti CEP-in tamhüquqlu üzvü olub


Avropa Probasiya Konfederasiyasının (CEP) Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Ədliyyə Nazirliyinin Probasiya xidmətinin quruma tam üzvlüyü Baş Assambleya tərəfindən yekdilliklə təsdiq edilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Belə ki, artıq xidmətin adı CEP-in rəsmi saytında üzv kimi qeyd olunub.

Qeyd edək ki, tam üzvlük statusunun əldə edilməsi Azərbaycana CEP-in təqdim etdiyi bütün imkanlarından tam faydalanmaq hüququ verir. Bununla da Azərbaycan digər üzv dövlətlərlə bərabər hüquq və vəzifələrə malik olur, CEP tədbirlərinə həm iştirakçı, həm də spiker qismində qatılmaq, ekspert qruplarının və şəbəkələrinin fəaliyyətində yer almaq, habelə müxtəlif tədbirlərdə iştirak etmək üçün güzəştlərdən yararlanmaq imkanı qazanır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}