Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən idman festivalına yekun vurulub/-FOTO

BrendSport.az informasiya portalının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş İdman festivalı çərcivəsində şəhid baş leytenant Vüsal Babayevin ad gününə həsr olunmuş Xəzər rayon məktəbliləri arasında stolüstü tennis turniri keçirib.

Şəffaflıq.az xəbər verir ki, BrendSport.az informasiya portalının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş İdman festivalı çərcivəsində şəhid baş leytenant Vüsal Babayevin ad gününə həsr olunmuş Xəzər rayon məktəbliləri arasında stolüstü tennis turniri keçirib.Açılış mərasimi Xəzər rayon 88 nömrəli tam orta məktəbinin və BrendSport.az informasiya portalının yüksək səviyyədə təşkilatçılığı ilə keçirilib.

Belə ki, tədbir Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Azərbaycan Stolüstü Tennis Federasiyası, 88 nömrəli tam orta məktəbin, 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, Xurşidbanu Natəvan adına kitabxananın, BrendSport.az informasiya portalının təşkilatçılığı ilə baş tutub.Tədbirin açılış mərasimini gənclər və idman naziri Fərid Qayıbov edib. Bütün iştirakçılara uğurlar arzulayan nazir ilk açılış topunu şəhidin atası Sübbah Babayev ilə və Milli Olimpiya Komitəsinin üzvü güləş üzrə üçqat olimpiya hakimi "Qızıl fit" sahibi Hicran Şərifov ilə oynayaraq edib.
Açılış mərasimində 88 nömrəli məktəbin direktoru Mirnağı Nəzərli, Hicran Şərifov, şəhidin atası və eləcə də şəhidin həyat yoldaşı Aynur Babayeva da çıxış edib.

Tədbirin layihə rəhbəri BrendSport.az saytının baş redaktoru Bəhruz Səmədov çıxış edərək öncə cənab nazir Fərid Qayıbova və tədbirdə əziyyəti keçən hər kəsə öz təşəkkürünü bildirib.

Sonra qonaqlar şəhidin uşaqları və ailə üzvləri ilə birlikdə şəhid baş leytinant Vüsal Babayevin ad gününə hazırlanmış xüsusi tortu kəsiblər.

Tədbirdə qazilər, şəhid Vüsal Babayevin ailə üzvləri, gənclər və idman nazirliyinin nümayəndələri və stolüstü tennis federasiyasının baş katibi Könül Mikayılova da iştirak ediblər.
Turnirin açılışında iştirak edən gənclər və idman naziri Fərid Qayıbov məktəblilərin yarışını izləyib, onlarla söhbət edib.

  
 Bütün iştirakçılar şəhid Vüsal Babayevin ad günü münasibəti ilə hazıranmış şirniyatlardan dadmaq üçün çay süfrəsinə dəvət olunublar.

29-30 dekabr 2023-cu ildə keçirilən yarışda 22 məktəbin iştirakı ilə BrendSport.az informasiya portalının, 88 nömrəli tam orta məktəbin və stolüstü tennis federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 12-16 yaşlı oğlanlar arasında 88 saylı məktəb birinci olub. 322 və 121 saylı məktəblər yarışı ikinci və üçüncü pillədə başa vurublar. 12-16 yaşlı qızlar arasında 88 saylı məktəb birinci yerə layiq görülüb. 149 və 322 saylı məktəblər ikinci və üçüncü pillədə qərarlaşıblar. 7-11 yaşlı oğlanlar arasında 88 saylı məktəbin birinci və ikinci komandaları, 121 saylı məktəbin komandası fərqləniblər. 7-11 yaşlı qızlar arasında 88 saylı məktəbin komandaları birinci və ikinci, 121 saylı məktəbin komandası isə üçüncü yerə layiq görülüblər.


Bütün qaliblərə və mükafatçılara gənclər və idman nazirliyi tərəfindən diplom və medallar təqdim olunub, eləcə də BrendSport.az İnformasiya portalının, Respublika İxtisaslaşdırılmış 1 nömrəli Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, Xurşidbanu Natəvan adına kitabxananın və hədiyyəli sponsorlar “Cəngi İdman klubu”, “OBA” marketlər şəbəkəsi, “Natural Halı Outlet”, “Scallezioni” İtaliyan kişi geyimləri, “Lori’s” parfum, “BERG Tea”, “HARİKA” meyvə suları, “ŞAH ÇAY”, “BERG GLUCOSE”, “SİRAB” sularının hədiyyələri təqdim olunub.


Tədbirə göstərdiyi böyük dəstəyə görə gənclər və idman naziri Fərid Qayıbova öz adımızdan minnətdarlığımızl bildiririk.
Tədbirin keçirilməsində yaratdıqları şəraitə görə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Bakı şəhər üzrə Təhsil İdarəsinə və 88 nömrəli məktəbin bütün kollektivinə BrendSport.az informasiya portalı adından öz təşəkkürümüzü bildiririk.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş İdman festivalınin bu gün bağlanış mərasimi olduğunu bildirən layihə rəhbəri Bəhruz Səmədov il ərzində bizimlə bərabər əziyyət çəkən bütün xeyirxah insanlara öz təşəkkürünü bildirib.
Gənclər və idman naziri Fərid Qayıbova isə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş İdman festivalı çərcivəsində saytımıza göstərdiyi diqqətə görə şəxsən öz təşəkkürünü bildirib.




Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}