Bakıda qanunsuz parkinq söküldü

 

Xətai rayonu, Xocalı prospektində yerləşən “Mübarək” şadlıq evinin qarşısında quraşdırılan qanunsuz parkinq sökülüb.

Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, məsələ ilə bağlı artıq tədbir görülüb.

Ərazidə quraşdırılan dəmir kilidlər sökülüb və plastik arakəsmə qoyulub.

Xatırladaq ki, sosial şəbəkələrdə vətəndaşlar üçün nəzərdə tutulan park yerinin dəmir kilidlərlə zəbt olunması barədə foto yayılmışdı.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}