Rusiya və Belarus paralimpiyaçıları Pekin-2022-dən kənarlaşdırılıb

Beynəlxalq Paralimpiya Komitəsi (IPC) Rusiya və Belarus idmançılarının Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirakına qadağan edib.
Şəffaflıq.az-ın məlumatına görə, bu barədə IPC İdarə Heyətinin xüsusi iclasında qərar qəbul olunub.
Pekin-2022 4 - 13 martda keçirilməlidir. Qərar ümumilikdə 83 paralimpiyaçıya şamil edilib.
Qeyd edək ki, daha əvvəl ali qurum hər iki ölkə idmançılarını Oyunlara neytral statusda buraxılmasına qərar verib. Bildirilib ki, onların mükafatları qeyri-rəsmi medal hesabında nəzərə alınmayacaq.
IOC isə beynəlxalq idman təşkilatlarına Rusiya və Belarus atletlərini yarışlardan kənarlaşdırmağı tövsiyə edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}