Pekin-2022 Qış Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı artıb.

Pekin-2022 Qış Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı artıb.
"Report" yarışın Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, daha 11 nəfərin testi pozitiv çıxıb.
Onlardan 7-si idmançılar və rəsmi şəxslərdir.
Qeyd edək ki, Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edir. Yarışda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq. Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-i və 17-də isə Ryabova məharətini sərgiləyəcək.
Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}