Festivalda atışmanın ANBAAN GÖRÜNTÜLƏRİ: 3 ölü, 12 yaralı - VİDEO

 https://youtu.be/PJmtgap-N3A
Kaliforniya ştatının Gilroy şəhərində "Gilroy Garlic" qida festivalı zamanı atışma baş verib.
Şəffaflıq.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bələdiyyə şurasının nümayəndəsi Dinona Brakkonun verdiyi məlumata görə, hadisə nəticəsində ən azı üç nəfər həlak olub, 12 nəfər yaralanıb.
O həmçinin qeyd edib ki, bir şübhəli saxlanılıb. Ancaq polis atışmada bir neçə nəfərin iştirak etdiyini güman edir.
Şahidlərdən birinin sözlərinə görə, atəşi təxminən 20 yaşı olan gənc oğlan açıb. Hazırda polis və xilasedici xidmətlər hadisə yerində işləyirlər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}