Kolumbiyanın ən böyük narkokartel başçısı saxlanılıb

Kolumbiyanın təhlükəsizlik orqanları hərbçilərlə birlikdə “Körfəz Klanı” cinayətkar dəstəsinin başçısı, ölkənin ən təhlükəli narkokartel rəhbəri hesab olunan Otoniel ləqəbli Dairo Usuqunu saxlamağa müvəffəq olub.
Şəffaflıq.az xəbər verir ki, bu barədə “El Tiempo” qəzeti məlumat yayıb.
Nəşrin mənbələrinə görə, əməliyyat Kolumbiyanın şimal-qərbindəki Nekokli bələdiyyəsində həyata keçirilib. İndi Usuqu Medelin şəhərinə aparılır.
“Körfəz Klanı” Kolumbiyada narkotik ticarəti ilə məşğul olan ən böyük cinayətkar qrupdur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}