ABŞ-da koronavirusa yoluxanların sayı 46 milyonu keçib


ABŞ-da son sutka ərzində koronavirusa 42 801 yoluxma və 1 103 ölüm faktı qeydə alınıb.
Şəffaflıq.az pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, ABŞ-da indiyə qədər 46 042 982 nəfər COVID-19 infeksiyasına yoluxub, 35 760 226 pasiyent sağalıb.
Müalicə alan 749 891 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Aktiv xəstələrin sayı isə 9 532 865 nəfərdir. Onlardan 14 649-nun vəziyyəti ağır qiymətləndirilir.
ABŞ həm COVID-19 infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada birinci yerdədir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}