Şamaxıda “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə pisixoloji təsir üsulları” mövzusunda onlayn seminar keçirildi.-FOTO

17 Mart 2021-ci il tarixində Şamaxı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Şamaxı Bölgəsi üzrə şöbəsi ilə birgə “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə pisixoloji təsir üsulları” mövzusunda onlayn seminar keçirildi.
Şəffaflıq.az xəbər verir ki,tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitat məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rəşad Əliyev, Şamaxı rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov, DQİDK-nin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə qazisi Mərəhmət Mustafayev,  Şamaxı “Şəffaflıq Media Qrup"un rəhbəri Vahid İsmayılov, Gənclər və İdman İdarəsinin və DQİDK-nin Şamaxı bölgəsi üzrə şöbənin əməkdaşları, rayonun ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, fəal gənclər, gənclər təşkilatlarının nümayəndələri və gənc müəllimlər iştirak etdilər. Tədbiri giriş sözü ilə açan Şamaxı rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov seminar iştirakçılarını salamladı və bu gün bəşəriyyəti narahat edən məsələlərdən olan dini radikalizm və onun fəsadları, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı səmərəli mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək radikalizmin qarşısının alınmasında maarifləndirmənin önəmini xüsusi qeyd etdi. 

 Ş.Hüseynov həmçinin milli-mənəvi və dini dəyərlərimizin qorunması, eləcədə vətənpərvərlik prinsiplərinin təbliğində  cəmiyyətin, xüsusilə gənclərin üzərinə düşən mühüm vəzifələr barəsində geniş məlumat verərək gəncləri qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən çəkindirmə yollarından bəhs etdi. Şamaxı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitat məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rəşad Əliyev çıxış edərək mövzunun əhəmiyyətinə toxunaraq qeyd etdi ki, dini radikalizmlə mübarizədə dini maarifləndirmə sahəsinə xüsusi diqqət ayrılmalı, gənclərin dini radikal qrupların təsirinə düşmələrinin qarşısını almaq üçün din onlara düzgün şəkildə çatdırılmalıdır. O, radikalizm və onun fəsadları, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək, radikalizmin qarşısının alınmasında təhsilin önəmini xüsusi qeyd etdi. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Şamaxı Bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev çıxış edərək dini radikalizm, qeyri-ənənəvi dini cərəyanlar haqqında geniş məlumat verərək onlara qarşı mübarizənin əhəmiyyətindən danışdı və bu istiqamətdə DQİDK-nin Şamaxı bölgəsi üzrə şöbə tərəfindən həyata keçirilən tədbirlər haqqında iştirakçıların diqqətinə çatdırdı. Qafqaz Müsəlmanları İdarəsinin  Şamaxı bölgəsi üzrə qazisi Mərəhmət Mustafayev çıxışı edərək dini radikalizm və onun fəsadları, həmçinin radikalizmlə mübarizə sahəsində dini icmaların fəaliyyətinin tənzimlənməsi barədə tədbir iştirakçılarına geniş məlumat verdi. Çıxışlar bitdikdən sonra rayonun fəal gənclərindən Hilal Bəkirovun və digər gənclərin qonaqlara ünvanladıqları suallar cavablandırıldı və mövzu ətrafında müzakirələr aparıldı.
Vahid İsmayılov.
Şamaxı rayonu
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}