Dünyada ötən sutka koronavirusa 492 mindən çox yoluxma qeydə alınıb

 

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 492 mindən çox artıb.


Şəffaflıq.az "TASS"a istinadən məlumat verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 492 351 nəfər yeni koronavirusa yoluxub, 9 689 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 118 754 336, ölənlərin isə 2 634 370 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}