Azərbaycanda müharibə əlilləri və şəhid ailələrinə verilən təqaüd artırıldı - SƏRƏNCAM

 

1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 20 Yanvar şəhidlərinin ailələrinə, eləcə də Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə verilən Prezident təqaüdünün məbləğləri artırılıb.

Şəffaflıq.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən;

- 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə verilən Prezident təqaüdünün məbləği 150 manatdan 300 manata;

- Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Prezident təqaüdünün məbləği

1. I dərəcə əlilliyi olan şəxslərə – 250 manatdan 400 manata

2. II dərəcə əlilliyi olan şəxslərə – 230 manat 350 manata

3. III dərəcə əlilliyi olan şəxslərə – 210 manat 300 manata;

- 20 Yanvar şəhidinin ailəsinə verilən Prezident təqaüdünün məbləği 300 manatdan 500 manata;

- Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə verilən Prezident təqaüdünün məbləği 300 manatdan 500 manata artırılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}