Ürəyinizin sağlam olub-olmadığını bilməyin sadə üsulu


 



Əgər siz pilləkənin dörd bölümünü (cəmi 60 pillə) birnəfəsə və bir dəqiqədən də az müddətdə qalxa bilirsinizsə, demək, ürəyiniz və sağlamlığınız böyük ehtimalla normaldır.

Şəffaflıq.az Medportal saytına istinadən xəbər verir ki, bu barədə Avropa Kardiologiya Cəmiyyətinin konfransında təqdim olunan yeni araşdırmada deyilir.

Xəbər verilir ki, tədqiqat müəllifləri ürək sağlamlığını qiymətləndirmək üçün sürətli və ucuz metod tapmaq məqsədi güdüblər. Elə bir metod ki, onun vasitəsilə ürəyin işemik xəstəliyinin öncədən təyin etmək üçün hansı xəstələrin dərhal əlavə tibbi müayinəsinə ehtiyacı olduğunu aşkarlaya bilsinlər.

“Pilləkən testi - ürək sağlamlığını yoxlamaq üçün asan bir yoldur. Əgər sizə dörd bölümü qalxmaq üçün dəqiqə yarımdan (90 saniyədən çox) artıq vaxt lazımdırsa, demək ki, səhhətiniz kifayət qədər yaxşı deyil və bu vəziyyətdə mütləq həkimə müraciət etməlisiniz”, - deyə La-Korune Universitet Xəstəxanasının həkimi Xesus Pedeyro bildirib.

Tədqiqata ürək-damar xəstəliyi əlamətləri olan 165 nəfər cəlb olunub. Bildirilir ki, onlar ürəyə fiziki yükü tədricən artırmaqla qaçış zolağında sınaqdan keçiriliblər. Sonra onlar dincəldikdən sonra pilləkənləri (dörd bölüm və ya 60 pillə) dayanmadan və sürətlə qalxmalı olublar – bu zaman qaçışa keçməməklə.

Alimlər bundan sonra tədqiqat iştirakçılarının məşq edərkən nə qədər enerji xərclədiyini ölçüblər. Belə qiymətləndirmək üçün xüsusi vahiddən - Metabolik Ekvivalentdən istifadə ediblər (ME - bir insanın istirahətdə və fəaliyyət zamanı sərf etdiyi oksigen və enerjinin müqayisəsidir). Əvvəllər müəyyən edilmişdi ki, idman edərkən bu qədər enerji sərf etmək qabiliyyəti yaxın 10 il ərzində ölüm riskinin 10% azalması ilə əlaqəli ola bilər.


40-45 saniyə ərzində pilləkənin dörd bölümünü qalxan insanlarda ən yaxşı enerji məsrəfi bu cür olub: onlar 9-10 ME enerji sərf ediblər.

60 pilləni qalxmaq üçün 1,5 dəqiqədən çox vaxt sərf edən insanlar isə 8 ME-dən az vaxt enerji sərf ediblər. Əvvəlki tədqiqatlar bunun yaxın 10 il ərzində ölüm riskini 30 faiz artırdığını göstərmişdi.

Ümumiyyətlə, kardioloqlara görə, pilləkən qalxarkən sinə nahiyəsində göynəmə, ağrı hissi, sinədə sıxıntı və ürək çırpınması müşahidə olunarsa, bu ürək xəstəliklərinin ciddi xəbərçisi ola bilər. Çünki fiziki aktivliyin artması hesabına ürəyin də işi artmış olur və əgər ürəyinizi qidalandıran damarlarda (karonar damarlarda) hər hansı darlıq olarsa, özünü məhz sadalanan əlamətlərdə büruzə verəcək.

Ürəyinizi qoruyun ki, sağlamlığınız da qorunmuş olsun.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}