29 sentyabr Dünya Ürək günüdür – Ürəyinizin xəstə olduğunu göstərən 5 siqnal

 

Ümumdünya Ürək günü ilk dəfə 1999-cu ildə Dünya Ürək Federasiyasının təşəbbüsü ilə təşkil olunub. Bu aksiyanı Dünya Səhiyyə Təşkilatı, YUNESKO da dəstəklədi.

İlk Ürək günü senytabrın son bazar günü keçirilirdi, daha sonra 29 sentyabr tarixi həmişəlik seçildi.

Bu günün özəlliyində məqsəd Dünya əhalisinin ölümünə daha çox səbəb olan ürək-damar problemlərinə diqqəti yönəltmək, kardioloqlar, cəmiyyətlər və dövlətlər tərəfindən bu tarixdə ürək xəstəliklərinin profilaktikası məqsədilə profilaktik tədbirlər həyata keçirməyə təşviş etməkdir.
Bu günün devizi:”Həyat üçün Ürək”
.
Bu günlə əlaqədar oxucularının yadına bir daha həyatın orqanı olan ürəyi salır və ürəyin artıq xəstə olduğunu göstərən ən məşhur xəbərdaredici əlamətləri təqdim edirik.

Siyahıya diqqət yetirin, əgər bu əlamətlərdən 3-ü sizdə varsa, təcili həkimə gedin.

1.Hava çatışmazlığı, dərindən nəfəs ala bilməmək

Ən yüngül təngnəfəslik belə 90% hallarda ürəklə bağlı olur. Əgər ən yüngül iş zamanı belə təngnəfəslik varsa, hətta uzananda belə sanki nəfəsiniz çatmırsa, o zaman kardioloqa getməyin vaxtıdır. Infaktdan öncə insan oturan yerdə yatmağa meyilli olur, çünki uzananda nəfəsi çatmır.

2.Ödem, şişkinlik

Ürək normal tam gücü ilə işləmirsə, qan bütün mayeni çıxara bilmir, o zaman şişkinlik yaranır. Əl-ayaq və barmaqlarda şişkinlik ürəkdən şübhələnməyə əsas verməlidir.

3. Ürək döyüntülərinin artması

Əgər ürək döyüntüsü, ritmi çox artıbsa və daimi olaraq qalırsa, o zaman ciddi ürək xəstəlikləri astanasında olduğunuzu düşünün

4. Ağrı

Ağrı təkcə ürəyin üstündə olmur. Qarın, boyun, kürək, çiyin, qol əl, hətta çənə ağrıları da ürəkdən qaynaqlana bilər. Qəfildən tuta bilər, zəif ağrı ola bilər, bir neçə gündən bir neçə həftəyə kimi davam edə bilər. Onu çox vaxy əzələ, mədə, nevralgiya, diş ağrıları ilə səhv salırlar. Bunu yoxlamaq üçün sadə bir misal: ağrı zamanı dil altına nitroqliserin qoyun. Əgər ağrı azalsa, yaxşılaşma olsa, deməli, problem ürəkdədir.
5.Xoruldamaq və yuxuda nəfəsalmanın pisləşməsi

5 il ərzində xoruldamaq və yuxuda məfəsi tıxanmağı müalicə etdirməyən insanın miokard infarktı olma riski 50% artır. Ümumiyylə, xoruldayan insanlar gələcəkdə ürəklə başları dərddə olacağını bilsin və tədbirli davransın.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}