Koronavirusun yeni ştammının əsas təhlükəsi məlum oldu

 

Cənubi Afrika Respublikasından səyahət edənlərdə tapılan yeni koronavirus növü təhlükə daşıyır.

Şəffaflıq.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu Böyük Briyaniya hökumətinin məsləhət qrupunun rəhbəri, professor Piter Horbi deyib.

O qeyd edib ki, SARS-CoV-2-dəki mutasiyalar nəinki onu daha yoluxucu edir, həm də anticisimlərin virusla mübarizə qabiliyyətinə təsir göstərir:

“Bu, infeksiyaya təkrar yoluxmanı asanlaşdıra və peyvəndlərin daha az təsirli ola biləcəyinə gətirib çıxara bilər”.

Onun sözlərinə görə, struktur məlumatlar hadisələrin oxşar inkişafını göstərir. Bununla birlikdə, onların laboratoriya testlərində təsdiqlənməsi tələb olunur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}