Britaniyada COVİD-in mutasiyaya uğramış daha bir versiyası tapıldı

 

Böyük Britaniyada koronavirusun mutasiyaya uğramış daha bir növü aşkar edilib.

Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Mett Henkok jurnalistlərə açıqlamasında bildirib:

“Bu virus mutasiyaya uğramış əvvəlki variantdan daha yoluxucudur və sürətlə yayılır”.

Nazirin sözlərinə görə, mütəxəssislər artıq iki yoluxma faktı aşkarlayıblar. Hər iki pasiyent ölkəyə CAR-dan daxil olub.

Qeyd edək ki, London Cənubi Afrika ölkələri ilə sərhədləri bağlayıb. Həmin ölkələrdən gələnlər iki həftəlik karantində saxlanılırlar.

Bundan əvvəl dekabrın 14-də İngiltərənin şərqində koronavirusun mutasiyaya uğramış yeni növünün tapılması ilə bağlı məlumat verilmişdi.

Virusun 70% daha yoluxucu olduğu deyilsə də, onun xəstəni ölümcül hala gətirdiyi və ya xəstəliyin gedişatını daha da pisləşdirdiyi təsdiqlənməyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}