Son sutkada Pakistanda koronavirusdan 111 nəfər ölüb

 

Son sutkada Pakistanda COVID-19 koronavirusuna 2 min 256 nəfər yoluxub, pandemiya dövründə xəstələrin sayı 465 min 70 nəfərə çatıb.

Şəffaflıq.az xarici mediaya istinadla xəbər verir ki, son 24 saatda COVID-19-dan 111 xəstə dünyasını dəyişib, ölənlərin sayı 9 min 668 nəfərə çatıb.

Xəstəxanalarda 38 min 268 pasiyent olduğu bildirilir, onların 2 min 361-nin vəziyyəti ağırdır.

Vurğulanır ki, pandemiya dövrində vaxtı 417 min 134 xəstə sağalıb.

Ölkədə indiyədək 6 milyon 428 min 240 test həyata keçirilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}