Türkiyədə koronavirusla bağlı son vəziyyət

 

“Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 254 nəfər ölüb.


Bu, COVID-19-dan ölüm üzrə Türkiyədə ən yüksək göstəricidir”.

Şəffaflıq.az xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 19 103 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 18 351, ağır xəstə sayı isə 5192 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 043 704 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 1 835 705 nəfər sağalıb, 18 351 nəfər isə ölüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}