Rusiya Prezidenti Vladimir Putinin ağıllı telefonu yoxdur.

Rusiya Prezidenti Vladimir Putinin ağıllı telefonu yoxdur.
Şəffaflıq.az xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov “Komsomolskaya Pravda” radiosunun efirində açıqlayıb.
V.Putinin internetdən istifadə edib-etmədiyi ilə bağlı suala Peskov “bəli” cavabı verib. Sözçü, ayrıca, qeyd edib ki, telefonla işləmək Putinin iş üslubunda və mahiyyətində heç nəyi dəyişmir.
D.Peskov dövlət başçısının pandemiyadan sonra bunkerdə yaşaması iddialarına bir daha aydınlıq gətirib: “Bunkerlər yoxdur. Putin kimi fəal bir dövlət başçısı heç bir bunkerdə otura bilməz. Bu, tamamilə cəfəngiyatdır”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}