Rusiyada koronavirusdan ölənlərin sayı 44 159-a çatıb
Rusiyada son bir gündə daha 26 097 nəfərə COVID-19 diaqnozu qoyulub.
Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 515 009 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 562 nəfər artaraq 44 159-a yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 981 526 nəfər sağalıb.
Xəbəri paylaş
Facebook-da paylaş