“Hədəf”də müzakirə: Yaxınlarda COVID-19-a yoluxmanın indikindən iki dəfə çox olması təhlükəsi var
Trend-in məlumatına görə, COVID-19-la bağlı vəziyyət, tətbiq edilən məhdudiyyətlər Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" proqramında müzakirə olunub. Verilişin qonağı olan Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov koronavirusdan qorunmağın yolları, virusun yarada biləcəyi fəsadlar haqqında fikirlərini ətraflı şəkildə bildirib. Baş infeksionist deyib ki, koronavirusun geniş vüsət alması fəsil dəyişikliyi ilə əlaqədardır və dünyanın bütün ölkələrində yoluxma çoxalır: "Artıq bir aydan çoxdur ki, virusla bağlı mənfi dinamika müşahidə olunur. İnsanların təmasları artıb, ara məsafəsi gözlənilmir. Bu da yoluxmaya təsir edən amildir". T.Eyvazov qeyd edib ki, çıxış yolu koronavirusa qarşı dünyanın apardığı mübarizə vasitələrindən istifadə etməkdədir: "Bu vasitələr də tibbi maskadan istifadə etmək, ara məsafəsi saxlamaq, şəxsi gigiyena qaydalarına əməl etməkdir". Baş infeksionist vurğulayıb ki, koronavirus insane həyatı üçün təhlükəlidir. Onun sözlərinə görə, bu xəstəliklə zarafat etmək olmaz, insane xəstəlikdən ölməsə də, orqanizmi ilə bağlı mənfi fəsadlar yaranır. Həkim bildirib ki, bu gün insanlarımızın özünü virusdan qoruma tədbirləri mütəxəssisləri qane etmir: "Həmçinin, yoluxan insanlar həkimə müraciət etməkdənsə, özləri özlərini müalicəyə üstünlük verirlər. Bu isə doğru deyil. Koronavirus xəstəsi mütləq həkim nəzarətində olmalıdır, həkimin göstərişləri ilə müalicə olunmalıdır". "Hədəf"ə videobağlantı vasitəsi ilə qoşulan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı da fikirlərini bölüşüb. H.Harmancı qeyd edib ki, qış ayları ilə əlaqədar olaraq yoluxma sayı artıb: "Dünyada olduğu kimi, Azərbaycanda da COVID-19-la bağlı vəziyyət ciddidir. Əhali qaydalara əməl etməsə, yaxınlarda koronavirusa yoluxma indikindən iki dəfə çox olacaq. Qaydalara əməl edilsə, tibbi maskalardan istifadə olunsa, məsafə saxlansa, sayı azaltmaq mümkündür". "Hədəf"in müzakirəsini bütöv şəkildə "YouTube" kanalımızdan izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=HAyO2p5rn60 https://www.instagram.com/aztvresmi/?hl=ru İnformasiya dəstəyi - Trend.az
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w
Facebook-da paylaş