Abxaziya çalışır ki, – “Dağlıq Qarabağın müstəqilliyi tanınsın”
Şəffaflıq.az-ın Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Abxaziya «vətəndaş cəmiyyəti nümayəndələri» Qarabağ münaqişəsi zonasındakı hərbi fəaliyyətlə bağlı beynəlxalq birlik və təşkilatların ofislərinə müraciət ünvanlayıblar.
Onlar Dağlıq Qarabağın müstəqilliyinin tanınması «tələbi» ilə çıxış ediblər. Müraciət «Apsnıpress» agentliyi tərəfindən dərc olunub.
Sənəd BMT TŞ-a, Avropa Şurasına, Avropa Parlamentinə, Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin ofisinə göndərilib.
Göründyü kimi, Rusiyanın «kuklası» rolunda çıxış edən Abxaziya öz boyundan böyük işlərə burun soxur, necə deyərlər, «özünə umac ova bilməyən kimsələr, özgəsinə əriştə kəsməyə girişiblər».
Xəbəri paylaş
Facebook-da paylaş