Bakıda keçiriləcək Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransla bağlı növbəti hazırlıq iclası keçrilib._FOTO

 Martın 12-də Nazirlər Kabinetində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakıda keçirilməsi ilə bağlı görülən işlərin əlaqələndirilməsi və təşkilati məsələləri üzrə Təşkilat Komitəsinin iclası keçirilib.
Şəffaflıq.az xəbər verir ki, iclasda Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Təşkilat Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin sürətlə inkişaf edən dövlətə çevrildiyini deyib. Bildirilib ki, ölkə inkişaf etdikcə, beynəlxalq tranzit marşrutları artdıqca narkotiklərin qeyri-qanuni dövriyyəsi sahəsində də təhlükələr çoxalır. Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın ölkəmizdə keçirilməsi narkotiklərin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması baxımından əhəmiyyətli olacaq. Bu sahədə çalışan mütəxəssislərimiz beynəlxalq ekspertlərin təcrübələrindən yararlanacaqlar.
 
Baş nazirin müavini son üç ayda konfransa hazırlıq işləri ilə bağlı aidiyyəti qurumların sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Sonra Narkotiklərlə Mübarizə üzrə 36-ci Beynəlxalq Konfransın keçirilməsi ilə əlaqədar yaradılan işçi qrupunun rəhbəri Natiq Məmmədov görülən işlərlə bağlı məlumat verib.
Sonda aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}