Damla həbsxanada gözyaşı tökdü - Video

 Müğənni Damla 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadın həbsxanasına baş çəkib. 
Şəffaflıq.az xəbər verir ki, tədbirdən video paylaşan müğənni hisslərini sosial şəbəkədə bölüşüb:
"Bir ana üçün həbsxana divarları arasında övladını dünyaya gətirib böyütmək qədər işgəncəli heç nə ola bilməz. Günlərdir özümə gələ bilmirəm.İki gün öncə qadın həbsxanasında dustaq qadınlarla 8 Mart bayramını qeyd etdik. Bu körpələrə ürəyim dözmədi. Bəlkə də o duyğuları yaşayarkən 10 il qocaldım.Təpədən dırnağa qədər canımın yanmasını hiss etdim. Bəzən valideynlərin günahını övladları yaşayır.Heç kimi qınamıram.Çünki heç birimiz sabahımızdan sığortalı deyilik. Allah qapılarını açsın.İki saat da olsa, sizi güldürüb əyləndirə bildimsə, bu mənə ən böyük hədiyyədir. Xanımlardan biri saçımı hördü.
Azadlıqda ikən saç ustası olub. Onun gözlərindəki sevinci yaratmaq mənim üçün milyonlara bərabərdir. Hər insan səhv edə bilər. Günahsız kim var? Onlar bu gün qanun qarşısında günahlarının yükünü çəkirlər. Əsas Allah insanı bağışlasın. Çünki hesabat verəcəyimiz yalnız Allahdır. Allah özü yol açsın".Musavat.com

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}