Koronavirus pandemiyası İsveçdə nağd pulun dövriyyəsinə son qoyur

 

Koronavirus pandemiyası isveçliləri nağd pulun dövriyyəsindən tamamilə vaz keçməyə məcbur edə bilər.


Bununla bağlı “Bloomberg” agentliyində xüsusi yazı dərc olunub. Agentlik bu tendensiyanın özü ilə bərabər ciddi risklər gətirəcəyinin də anonsunu verib.

Qeyd etmək lazımdır ki, İsveç onsuz da dünyada nağd pulla dövriyyənin ən az gerçəkləşdirildiyi ölkə sayılırdı. Beynəlxalq hesablaşmalar bankının 2018-ci ilə qədər olan məlumatına görə, nağd pulun ümumdaxili məhsulda (ÜDM) payı cəmi 1,3% təşkil edir. Müqayisə üçün deyək ki, ABŞ-da bu göstərici 8,2%, avrozonada isə 10,9%-dir.

“Bəzi gənc isveçlilər indi nağd şəkildə milli valyutanın necə göründüyünü belə bilmir”,-deyə ölkənin Mərkəzi bankının rəhbəri Stefan İnqves agentliyə danışıb.

Rəqəmsal valyutaya keçişin bir çox üstünlükləri olsa da, bu sahədə ciddi risklər mövcuddur.

Belə ki, virtual şəbəkələrdə pozulmaların meydana gəldiyi təqdirdə heç kim onun necə bərpa olunacağını bilmir. Azalan kağız əskinaslar isə dəyə biləcək maddi ziyanı örtmək gücündə deyil.

“Əgər bir gün İsveçdə “işıq sönsə” bizə ciddi miqdarda nağd pul lazım olacaq”,-deyə S.İnqves narahatlığını dilə gətirib.

Kağız pullardan kütləvi şəkildə imtina pandemiya dövründə daha da sürətlənib. İsveçin iri onlayn banklarından “Klarna” koronavirusun yayılmasına qədər kontaktsız ödəmənin 63% olduğunu bildirərək hazırda bu göstəricinin 73%-ə yüksəldiyini qeyd edir. “İnsanlar sadəcə olaraq kağız və dəmir pullarla təmas etməkdən qorxurlar”,-deyə bankın istehlakçılar üzrə meneceri Viveka Soderbak vəziyyəti bu cür izah edib.

Kağız əskinaslar özünün ən alınmaz qalalarından birini-“uşaqların valideynlərindən aldığı cib xərcini” də itirmək üzrədir. “Sifo” şirkətinin keçirdiyi sorğuya əsasən, azyaşlılar arasında validdeynlərindən nağd ödəniş alanlar indi 16%-i keçmir. Kiçik vətəndaşlar indi öz smartfonları vasitəsilə büdcələrini onlayn şəkldə idarə etmək qabliyyətini qazanıblar.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}