İsveçə karantindən imtinanın daha bir faydası
İsveç bu günə qədər pandemiyaya görə karantin rejimi tətbiq etməyən ölkələrdəndir.
Skandinaviya ölkəsinin hökuməti hər imkandaca bunun səmərəsindən danışır. Hər şeydən əvvəl ümumdaxili məhsulun həcmində kəskin azalma olmayacaq.
Şəffaflıq.az xəbər verir ki, karantin rejimi tətbiq etməməyin daha bir faydasından danışılır. İsveçin Maliyyə naziri Maqdalena Andersson bu məsələdən söz açıb.
O, pandemiya dövründə iqtisadiyyata yeni nəfəs verilməsini qabardıb. Nazir bunu da məsələnin faydalı tərəfi kimi fərqləndirib.
İsveç hökuməti ümumdaxili məhsulun həcminin cəmi 4.6 faiz azalacağını bildirir. 2021-ci ildə isə artımın 4.1 faiz olacağı gözlənilir. Bu istiqamətdə isveçlilər Avropa İttifaqını geridə qoyur. İttifaqda 8.7 faiz geriləmə ehtimal edilir.
İsveç iqtisadiyyatında yenilənmə göz qarşısındadır. Hökumət əhali ilə sıx işbirliyi mühitində pandemiyaya qarşı mübarizə aparır.
Antiböhran proqramı qəbul olunub. Gələn il əhalinin rifahının artırılması və iqlim dəyişikləriylə mübarizə üçün 11.5 dollar ayrılıb. Xeyli yeni iş yeri açılacaq.
Facebook-da paylaş