Xərçənglə mübarizə üsulu tapılıb

 

ABŞ-ın Harvard Universitetinin alimləri (bədxassəli) şiş hüceyrələrinin maddələr mübadiləsini dəyişdirmə qabiliyyətini aşkarlayıblar. Bu da onların müalicəsinin effektivliyini minimuma endirir.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Cell Metabolism” jurnalında dərc olunan məqalədə bildirilir.

Qeyd olunub ki, kimyaterapiya seanslarından sonra alimlər sağ qalan hüceyrələrin maddələr mübadiləsində müvəqqəti dəyişikliyə məruz qaldıqlarını müəyyənləşdiriblər. Bu müvəqqəti dəyişiklik nəticəsində residiv meydana gəlir, şiş hüceyrələrini əsas terapiyaya qarşı həssas edir.

Əgər qlutamin metabolizminə və nukleotid sintezinə qısamüddətli təsir göstərən dərmanlar istifadə olunarsa, müqavimət göstərən hüceyrələr məhv olar və nəticədə xəstə sağ qalar.

Bildirilib ki, aşkar edilən fakt qan xərçəngində tapılan və kemoterapiyaya davamlı olan hüceyrələrə qarşı mübarizə aparmağa kömək edəcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}