Ağ Evlə demokratlar arasında pandemiya mübahisəsi davam edir

 

Ağ Ev və aparıcı demokrat qanunvericilər prezident Trampın on milyonlarla işsiz amerikalının gecikdirilmiş imtiyazları və pandemiya səbəbi ilə işlərini itirən bir çoxlarının vergi ödənişlərinin müvəqqəti dayandırlmasına dair göstərişləri ətrafında münahisələr aparıb.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Fox News-a müsahibəsi zamanı Trampın qərarlarını zəif və konstitusiyaya zidd adlandırıb.

Spiker deyib ki, amerikalıların ciblərinə pul qoyulması vaxt aparacaq. O, Ağ Evi yeni məsrəflərlə bağlı bir daha 30 milyondan çox işsiz insana, habelə ştat rsəmiləri və bələdiyyələrə yardımla bağlı yola gəlməyə çağırıb.

Maliyyə naziri Stiven Mnuçin deyib ki, Trampın qərarlarının onun ilkin seçimi deyil. O, iki həftə davam edən müzakirələrin nəticə verməməsinə görə Pelosi və Senatın demokrat lideri Çak Şumeri günahlandırıb.

ABC-yə danışan Şumer Trampın direktivlərini mənasız, işlənməmiş və zəif adlandırıb. O, deyib ki, bu direktivlər iqtisadiyyatın zəifləməsinə və milyonlarla işsiz amerikalının təzminatla təmin edilməməsinə yardım edəcək.

Tətəflərin yardım paketinin həcmi ilə bağlı təklifləri bir-birindən çox fərqlidir. Demokratlar yeni xərclər üçün 3 trilyon dollar təklif edir, Respublikaçılar isə bu rəqəmi 1 trilyon dollarla məhdudlaşdırmağa çalışır.

Pelosi və digər demokratlar ödənişləri 2020-ci ilin sonuna qədər uzatmaq istəyir. Prezident Donald Tramp və onun administrasiyası isə əlavə yardımın ilk olaraq həftədə 200 dollara qədər azaldılmasını və eyni zamanda işini itirənə qədər bir işçinin həftəlik maaşının 70 faizinin ödənilməsinə çalışır.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}