ATƏT-in Minsk qrupunun həmsədrləri BƏYANAT yaydı: "Qarabağda gərginliyə yol vermək olmaz"
ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi köməkçisi Anjey Kaspşik Azərbaycanla Ermənistan arasındakı sərhəddə vəziyyətin gərginləşməsi nəticəsində insanların həlak olmasından təəssüfləndiklərini bildirərək ölənlərin ailələrinə başsağlığı bildirirlər.
Şəffaflıq.az xəbər verir ki, vasitəçilərin bu barədəki bəyanatında həmçinin həmsədrlər və şəxsi köməklçi tərəfindən “bu hadisənin ta əvvəlindən Ermənistan və Azəırbaycanın rəsmi şəxslərilə birbaşa təmas” qurulduğu da göstərilir.
“Minsk qrupu həmsədrləri atəşkəs rejiminin son pozulmalarını pisləyərək tərəfləri aralarındakı birbaşa rabitə kanallarından da istifadə etməklə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün hər cür zəruri tədbirlər görməyə çağırır.
Minsk qrupu həmsədrləri həmçinin tərəfləri ən qısa zamanda mövzuya dair danışıqları bərpa etməyə çağıraraq vəziyyət əl verən kimi ATƏT-in müşahidəçilərini regiona qaytarmağın zəruriliyini vurğulayırlar”.
Facebook-da paylaş