Azərbaycanda bankda KÜTLƏVİ YOLUXMA — 50 nəfər karantinə alındı
Şəffaflıq.az "nocomment.az"a istinadən məlumat verir ki, bir müddət əvvəl AFB Bank-da işçilər arasında kütləvi yeni COVİD-19 virusuna yoluxma müəyyən edilib. Qısa müddət ərzində bankın təqribən 50 nəfərə yaxın əməkdaşı karantinə alınıb. Bank işçiləri arasında aşkar edilən kütləvi yoluxma bankın gündəlik iş rejiminə ciddi təsir edib. Belə ki, bank filiallarında əməkdaşlar arasında mütəxəssis çatışmazlığı yaranıb. Bu zaman bank rəhbərliyi işçilər arasında rotasiya yolu ilə transfer həyata keçirir. Bankın rəsmi səhifəsində qeyd edilən nömrələr ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Qeyd edək ki, “AFB Bank” ASC 2008-ci il tarixdə Mərkəzi Bankı tərəfindən 253 saylı lisenziya almış və 2009-cu ildən etibarən fəaliyyətə başlayıb.
Facebook-da paylaş