“NİKOİL BANK”IN VƏZİYYƏTİ YENƏ “RUSCADIR” – Artıq 4 ildir ki, zərərlə işləyir

 

“Nikoil Bank”-ın cari ilin 9 ayının nəticələrini əks etdirən hesabatı göstərir ki, bank heç cür zərərdən çıxa bilmir. 
Şəffaflıq.az “AzPoıitika.info”-ya istinadən xəbər verir ki, “Nikoil Bank”-ın bankın maliyyə hesabatına görə bu bank 3-cü rübü də ziyanla başa vurub. Bunun başlıca səbəbi isə bankın aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına böyük məbləğdə -13 mln. 888 min manat ayırmağa məcbur olmasıdır.
Bununla yanaşı, bankın məcmu kapitalında 6.2 faizlik, yəni 4.3 milyon manatlıq azalma müşahidə olunub. Nəticədə bankın məcmu kapitalı 65 milyon manata enib ki, bu da yaxşı göstərici sayıla bilməz.
Ancaq bankın cari ilin üçüncü rübü üzrə cəmi aktivləri 446 mln. 986 min manat olub. Bu isə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 9,8% çoxdur. Sözügedən dövrə “Nikoil Bank”ın depozit portfelinin həcmi 280 mln. 725 min manat təşkil edib. Bu isə 2018-ci ilin üçüncü rübü ilə müqayisədə 31,4% çoxdur. Bankın cəmi öhdəlikləri isə 1 il ərzində 13,1% artaraq 381 mln. 959 min manata çatıb.
2019-cu ilin yanvar-sentyabr aylarında bankın xalis faiz gəlirləri 32 mln. 304 min manat, xalis qeyri-faiz xərcləri 20 mln. 36 min manat olub. Əməliyyat mənfəəti 12 mln. 268 min manat təşkil edən bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 13 mln. 888 min manat ayırıb və beləliklə də, “Nikoil Bank”ın xalis zərəri 1 mln. 621 min 140 manata çatıb. Onu da nzəzrə almaq lazımdır ki, bank mənfəət vergisi ödəməyib. Bankın ehtiyat fonduna böyük məbləğdə vəsait ayırması isə o deməkdir ki, problemli kreditlərinin həcmi olduqca böyükdür. Bu isə istənilən bankın “çöküşünün” əsas səbəbi sayılır.
Xatırladaq ki, “Nikoil Bank” ötən ilin 4 rübü ərzində 135,20 mln. manatlıq zərər etmişdi. Bununla da bankın yığılmış zərəri artaraq, təxminən 290 milyon manata çatmışdı. İndi isə bu zərər 1.6 milyon manat da artmış olur. Ümumiyyətlə, bankın tarixinə baxsaq, 2015-ci ildəki devalvasiyalar ardından bu günə qədər zərərlə işini davam etdirən çox az banklardan biridir. Artıq 4 ildir ki, ardıcıl olaraq “Nikoil Bank” zərərlə işləyir. Bank 2015-ci ildən bu günə qədər bir dəfə də olsun mənfəət əldə etməyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}