İnterpoldan İranın Trampla bağlı tələbinə - Cavab
İnterpol beynəlxalq təşkilatı İran hökumətinin ABŞ Prezidenti Donald Trampın və general Qasım Süleymaninin öldürülməsində iştirak etməkdə günahlandırılan digər şəxslərin beynəlxalq axtarışı ilə bağlı müraciətinə cavab verib.
Şəffaflıq.az-ın xarici mediaya istinadən məlumatına görə, bildirilib ki, təşkilatın konstitusiyasının 3-cü maddəsinə əsasən belə bir addım ata bilməzlər.
“İnterpol siyasi, hərbi, dini və irqi xarakterli hər hansı müdaxilə və ya hərəkətə yol verə bilməz”, - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymani yanvarın 3-də Bağdad aeroportunda ABŞ Silahlı Qüvvələrinin raket zərbələri nəticəsində öldürülüb.
Facebook-da paylaş