Qazaxıstanda karantin rejimi sərtləşdirilir

 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətə iki gün ərzində ölkədə sərt karantin rejiminin tətbiq edilməsi ilə bağlı qanun layihəsi təqdim etməyi tapşırıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti açıqlama yayıb.

“Mövcud epidemioloji vəziyyətin sabitləşdirilməsi məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi üçün dövlət komissiyasına iki gün ərzində bu ilin mart-may aylarında qüvvədə olan tədbirlərə oxşar sərt karantin rejiminin tətbiqi ilə bağlı təklif hazırlamağı və mənə təqdim etməyi tapşırıram”,- deyə Tokayev bu gün koronavirus infeksiyasının yayılmasına qarşı tədbirlərə dair iclasda deyib.

Bundan əlavə, Qazaxıstan Prezidenti hökumətə və yerli hakimiyyətlərə xəstələr üçün çarpayıların sayının artırılması və ölkədə dərman çatışmazlığının aradan qaldırılması ilə bağlı tapşırıq verib.

“İyul ayının sonuna qədər pandemiyanın ikinci dalğasının başlamasını nəzərə alaraq, çarpayıların sayını 50% artırmağı tapşırıram. Bunun üçün bölgələr özəl və dövlət tibb müəssisələri də daxil olmaqla bütün ehtiyatlardan istifadə etməlidir. Hökumətə dərman təminatı ilə bağlı məsələni də 5 gün ərzində həll etməyi tapşırıram”,-deyə Tokayev sözlərinə əlavə edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}