Azərbaycanda daha iki jurnalist koronavirusa yoluxdu
Şəffaflıq.az-ın oxu.az-a istinadən məlumatına görə, “Cebhe.info” xəbər portalının əməkdaşı Müşfiq Abdullayev və həyat yoldaşı Gülşən Abdullayeva COVID-19-a yoluxub. Ailədə ilk yoluxma jurnalistin xanımında qeydə alınıb. Eyni zamanda, jurnalistin bacısı Nigar Abdullayevada da test nümunələri müsbət olub. O, “Palitra” qəzetinin əməkdaşıdır. Hazırda hər üç şəxsin müalicələri davam etdirilir.
Azərbaycanda daha iki jurnalistdə koronavirus testi müsbət çıxıb.
Xəbəri paylaş
Facebook-da paylaş