İranda koronavirusdan daha 107 nəfər həyatını itirdi
İranda son sutka ərzində daha 2472 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkə üzrə aşkar edilmiş ümumi yoluxma sayı 187 427-yə çatıb.
Şəffaflıq.az bildirir ki, məlumatı İranın Səhiyyə Nazirliyi yayıb.
Qeyd olunur ki, bir gündə 107 xəstə vəfat edib və beləliklə, pandemiya qurbanlarının sayı 8837-yə yüksəlib. İndiyədək 148 674 xəstə sağalıb.
Hazırda virusa yoluxmuş 2781 nəfərin vəziyyəti ağırdır.
Xəbəri paylaş
Facebook-da paylaş