İyulun 1-dək beynəlxalq uçuşlar qadağandır — RƏSMİ
Şəffaflıq.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov məlumat verib. O bildirib ki, karantin rejiminin tətbiqi müddətində yalnız yükdaşımalarına məhdudiyyət qoyulmayıb: “Bu müddət ərzində Azərbaycan 10 ölkəyə humanitar yardım göstərib. Aprel-may aylarında çox az sayda çarter uçuşları həyata keçirilib. Bu reyslərlə 25 minə yaxın sərnişin daşınıb. Son 2-3 gün ərzində çarter reysləri ilə London və digər ölkələrdən Azərbaycan vətəndaşları vətənə gətirilib”. O qeyd edib ki, Türkiyə, Qazaxıstan və Rusiyadan Azərbaycana reyslərin bərpası istiqamətində müraciətlər var.
Facebook-da paylaş