Kolumbiyada bir gündə 1 392 nəfərdə COVID-19 aşkarlandı
Kolumbiyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı kəskin artıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə və sosial müdafiə nazirliyi məlumat yayıb. Belə ki, 1 392 nəfərin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Qeyd olunub ki, son gün ərzində 744 pasiyent sağalıb.
Hazırkı dövrədək Kolumbiyada 38 027 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 14 382 nəfər müalicə olunaraq sağalıb, 1 205 nəfər vəfat edib.
Xəbəri paylaş
Facebook-da paylaş
