Əsas Səhifə > Dünya > Kolumbiyada bir gündə 1 392 nəfərdə COVID-19 aşkarlandı
Kolumbiyada bir gündə 1 392 nəfərdə COVID-19 aşkarlandı7-06-2020, 11:40 |
![]() Kolumbiyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı kəskin artıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə və sosial müdafiə nazirliyi məlumat yayıb. Belə ki, 1 392 nəfərin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Hazırkı dövrədək Kolumbiyada 38 027 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 14 382 nəfər müalicə olunaraq sağalıb, 1 205 nəfər vəfat edib. Qeyd olunub ki, son gün ərzində 744 pasiyent sağalıb. Geri qayıt |