Rusiya və Türkiyə koronavirus vaksinini birlikdə yaradacaq
Rusiya və Türkiyə COVID-19 əleyhinə dərman və vaksinin yaradılması üzərində birgə iş aparacaqlar.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin başçısı Mixail Muraşko ilə danışıqların nəticəsinə əsasən Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
"Mən həmkarım, Rusiyanın səhiyyə naziri Mixail Muraşko ilə danışıqlar apardım. Muraşko qeyd etdi ki, onlar özləri bizim COVID-19-a qarşı tətbiq etdiyimiz müalicənin uğurunu görürlər. Danışıqların gedişatında nazirliklərimizin müəssisələrinin dərmanların və vaksinlərin yaradılması üzərində birlikdə işləmələri barədə qərar qəbul etdik", - Türkiyənin Səhiyyə naziri özünün "Twitter"dəki səhifəsində yazıb.
Facebook-da paylaş