Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
Prezident İlham Əliyevin Sərəncamı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Natiq Əliyev sentyabrın 30-da Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub. Şəffaflıq.az xəbər verir ki, təqdimatda çıxış edən Zeynal Nağdəliyev dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb. N.Əliyev ona göstərilən etimada görə minnətdarlıq edib.
Xəbəri paylaş
Facebook-da paylaş








