Yaponiyada 6 maqnitudalı zəlzələ baş verib
Yaponiyanın Okinava prefekturasında 6 maqnitudalı zəlzələ baş verib. Şəffaflıq.az xəbər verir ki, bu barədə NHK telekanalı Yaponiya Meteorologiya Agentliyinin məlumatına istinadən bildirib. Zəlzələnin episentri Yonaquni adası ərazisində, ocağı isə 10 km dərinlikdə yerləşib. Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.
Xəbəri paylaş
Facebook-da paylaş








