Elşad Hacıyev: "Hər bir vətəndaş həmrəylik nümayiş etdirməlidir"
Şəffaflıq.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, xüsusi zərurət və ehtiyac olmadıqda vətəndaşların çölə çıxmamaları tövsiyə olunur:
"Vətəndaşlar həmrəylik göstərməklə əslində dövlətə, bu sahədə təşkilatlanmış strukturlara kömək etmiş olurlar ki, bizim də iş yükümüzü azaltmış olurlar. Dünyada baş verənlərlə bağlı Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı rəqəmlərə baxdıqda və Azərbaycanla müqayisə etdikdə, ölkəmizdə durum o qədər acınacaqlı deyil. Amma bütövlükdə bu bəşəri bəlanın aradan qalxması və ölkəmizin minimum itkilərlə xilas olması üçün hər bir vətəndaş həmrəylik nümayiş etdirməlidir".
Facebook-da paylaş