Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi baş tutub
Rusiya və Ukrayna həlak olmuş hərbçilərin meyitlərinin növbəti mübadiləsini həyata keçiriblər. Şəffaflıq.az RBK-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Şamsail Saraliyev bildirib. Onun sözlərinə görə, Rusiya tərəfi Ukraynaya 261 meyit, Ukrayna tərəfi isə Rusiyaya 24 meyit təhvil verib. Əvvəlki mübadilə iyulun 16-da baş tutub. Saraliyevin məlumatına görə, o zaman Rusiya tərəfinə 31, Ukrayna tərəfinə isə 501 meyit təhvil verilmişdi.
Xəbəri paylaş
Facebook-da paylaş








