Tramp: İrana etibar etmirəm
ABŞ Prezidenti Donald Tramp İranla bağlı vəziyyətin normal inkişaf etdiyini və Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Hörmüz boğazına tam nəzarət etdiyini bildirib. Şəffaflıq.az-ın məlumatına görə, o, bu barədə Vaşinqton yaxınlığındakı Endryus aviabazasında jurnalistlərə bildirib. "İranla bağlı hər şey qaydasındadır - tamamilə normaldır. Biz Hörmüz boğazına tam nəzarət edirik. Biz onu idarə edirik; başqa heç kim, ancaq biz. Bizim Hərbi Dəniz Qüvvələrimiz inanılmazdır və ölkəmizdə işlər ələ gedir", - Tramp deyib. Tramp həmçinin Tehrana etibar etmədiyini də əlavə edib. "Mən İrana etibar edəcək sonuncu insanam; onlar məni dəfələrlə aldatdılar. Hazırda Hörmüz boğazına tam nəzarət edirik, onlar isə onu idarə etmirlər", - o deyib.
Facebook-da paylaş








