Meksika səfiri Bakıda WUF13-ün təşkilinin yüksək səviyyədə olduğunu qeyd edib
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Meksika üçün əhəmiyyəti ölkənin təmsil olunan nümayəndə heyətinin səviyyəsində öz əksini tapıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero WUF13-ün yekun mətbuat konfransında bildirib. "Burada şəhərsalma naziri, Mexiko qubernatoru, xarici işlər nazirinin müavini, eləcə də müxtəlif dövlət qurumlarının rəsmiləri iştirak edib. İndi Meksika WUF14-ə hazırlığa başlayır. Həmkarlarım işi davam etdirmək və növbəti forumun da hazırkı kimi uğurlu olmasını təmin etmək üçün tam əzmlə geri qayıdırlar", - diplomat bildirib. Səfir həmçinin forumun təşkilinin yüksək səviyyədə olduğunu qeyd edib: "Dəstəyinizə və Azərbaycanda olmağımızın həqiqətən uğurlu bir təcrübəyə çevrilməsinə görə dərin minnətdarlığımızı bildiririk. Biz bir daha Azərbaycan xalqının qonaqpərvərliyinə şahid olduq".
Facebook-da paylaş








