Adil Kərimli Beyləqanda vətəndaşları qəbul edib
Mədəniyyət naziri Adil Kərimli Beyləqan şəhərində vətəndaşları qəbul edib. Şəffaflıq.az xəbər verir ki, qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd rayonlarından olan vətəndaşlar iştirak ediblər. Sakinlərin müraciətləri əsasən məşğulluq, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsinə dair layihələr, təşəbbüslər və digər məsələlərlə bağlı olub. Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq addımlar atılacağını diqqətə çatdırıb. Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.
Facebook-da paylaş








