Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti ilə görüşüb


Aşqabad şəhərində işgüzar səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov bu gün Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırıb.

Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüş zamanı Azərbaycanla Türkmənistan arasında qarşılıqlı etimada əsaslanan siyasi dialoqun dinamik inkişaf etdiyi vurğulanıb, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanları müzakirə olunub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}