Naxçıvanın su anbarlarında 276 milyon kubmetrdən çox su toplanıb


Naxçıvan Muxtar Respublikasının (MR) su anbarlarında 276 milyon kubmetrdən çox su toplanıb.

Şəffaflıq.az-ın məlumatına görə, ötən ilin müvafiq dövründə bu göstərici 192 milyon 80 min kubmetr təşkil edib.

Qeyd edək ki, yağıntıların bol olması suvarma mövsümündə təminatın daha yaxşı təşkil olunacağına dair gözləntiləri artırıb. Hazırda su anbarlarında mövcud vəziyyət belədir:

Arpaçay su anbarı – 149 milyon 230 min kubmetr;

Heydər Əliyev su anbarı – 90 milyon 220 min kubmetr;

Bənəniyar su anbarı – 17 milyon 350 min kubmetr;

Uzunoba su anbarı – 6 milyon 820 min kubmetr.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}