Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərində turizm prioritet istiqamət olacaq
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında yaxın dövrdə əməkdaşlığın əsas istiqamətlərindən biri məhz turizm olacaq. Bunu Səudiyyə Ərəbistanının layihə-inkişaf proqramlarının rəhbəri Həsən Alattas deyib. Onun sözlərinə görə, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında turizm sahəsində əməkdaşlığı genişlənəcək: "Son illər Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı artmaqdadır. Çox sayda səudiyyəli turist Azərbaycana gəlir. Azərbaycan təhlükəsiz, gözəl təbiətə malik və qonaqpərvər insanları olan ölkədir". H. Alatlas qeyd edib ki, Azərbaycana maraq yalnız Səudiyyə Ərəbistanı ilə məhdudlaşmır: "Ümumilikdə, Körfəz ölkələrindən turist axını artır. Bu tendensiya Azərbaycanın turizm sektorunun inkişafına və iqtisadiyyatına müsbət təsir göstərir". Şəffaflıq.az
Facebook-da paylaş








