"Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsin əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər
Azərbaycan Prezidenti İlham Əliyev Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan "Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Şəffaflıq.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Azərbaycan metrologiya sahəsinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə aşağıdakı şəxslər təltif ediliblər: Bayramov Elnur Üzeyir oğlu Bayramov Rasim Əhməd oğlu Əzizov Əziz Məhəmməd oğlu Həsənov Ramiz Qaroğlan oğlu Qurbanov Azər Tengiz oğlu Musayeva Şəhla Ziyəddin qızı Osmanov Çingiz Məsim oğlu Şirinov Namiq Paşa oğlu Şirinova Mehriban Ramiz qızı.
Facebook-da paylaş








